SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dmitri Medvedev İlham Əliyevə məktub göndərib

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin Sədri Dmitri Medvedev ilə görüşü
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin Sədri Dmitri Medvedev ilə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın baş naziri Azərbaycan prezidentini təbrik edib

BAKI, 23 may — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Премьер-министр РФ Дмитрий Медведев - Sputnik Azərbaycan
RUSİYA
Medvedev yenidən "Vahid Rusiya" partiyasının sədri seçilib

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin inamlı qələbəniz Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, beynəlxalq arenada nüfuzunun artmasına yönəlmiş kursunuza vətəndaşların geniş dəstəyinin və etibarının sübutudur.

Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyiniz əhəmiyyətli töhfəni xüsusilə qeyd etmək istərdim. Əminəm ki, ikitərəfli əməkdaşlığın bundan sonra da hərtərəfli genişləndirilməsi, müxtəlif sahələrdə birgə perspektiv layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram".

Xəbər lenti
0