SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Həsənov: "Azərbaycanlılar insani keyfiyyətini itirən bu şəxsə münasibət bildirməlidir"

© Sputnik / Murad OrujovAzərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi vətəndaş mövqeyinə görə Ayaz Salayevə təşəkkür edib

BAKI, 23 may — Sputnik. "Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz "Facebook" səhifəsində paylaşım edib. Ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu" filminə diqqət çəkən Ə. Həsənov, film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.

Xəbər lenti
0