SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran prezidenti və Böyük Britaniya kraliçasından İlham Əliyevə təbrik

Abunə olmaq
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklər gəlir

BAKI, 22 may — Sputnik. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev ər-arvad müğənniləri təltif etdi

Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram".

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Cənab Prezident.

Milli bayramınız 28 May — Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".

Xəbər lenti
0