SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səməd Seyidov: "Tələb edirdilər ki, qeyri-qanuni işlərlə məşğul olduğumu etiraf edim"

© Sputnik / Murad OrujovAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizi Avropa Şurasının nümayəndə heyətinə Azərbaycan parlamenti seçib və bizim orda təmsil olunmağımız barədə qərarı o verir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. "Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edib, edir, əminəm ki, bundan sonra da edəcək. Lakin bu, o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standartlar yoxdur".

Avropa İttifaqı - Sputnik Azərbaycan
Azərbaycan Avropa İttifaqından birmənalı mövqe gözləyir - Tələb

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

"Biz bunun dəfələrlə şahidi olmuşuq. Dünən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir. Bu sanksiyaların qəbul olunması heç bir əsas olmadan Azərbaycana qarşı təzyiqdir, Azərbaycanı istəməyənlərin dəyirmanına su tökməkdir. Biz ilk fikrimizdən Avropa Şurasında korrupsiya elementlərini araşdıran xüsusi komitənin yaradılmasına etiraz etmişik" — Seyidov bildirib.

"Bu komitə işini yekunlaşdırdıqdan sonra hazırladığı 200 səhifəlik hesabatın 99%-ni Azərbaycana həsr edib. Avropa Şurasının sonuncu sesiyasında Böyük Britaniyanın nümayəndə heyətinin rəhbəri ser Rogers Azərbaycanla bağlı çıxış edərək qeyd edib ki, Azərbaycanın adı bu məruzədən çıxarılmalıdır. Lakin erməni lobbisi ilə yaxın plan qruplar buna mane oldular. Avropa Şurasında bir neçə qruplaşma var ki, onlar Azərbaycanı uzaqlaşdırmaq istəyirlər" — deyə deputat əlavə edib. 

O qeyd edib ki, Avropa Şurasında heç kim Azərbaycan nümayəndə heyətinin rəhbərinə, üzvlərinə heç nəyi qadağan edə bilməz və Avropa Şurasından Azərbaycanı, nümayəndə heyətini uzaqlaşdıra bilməz: "Bizi Avropa Şurasının nümayəndə heyətinə Azərbaycan parlamenti seçib və bizim orda təmsil olunmağımız barədə qərarı o verir. Qəbul olunan sanksiyalar Azərbaycan nümayəndə heyətinin hər hansı bir fəaliyyətinə təsir etməyəcək. Söhbət yalnız  seçki missiyalarında və Avropa Şurası çərçivəsində tədbirlərdə iştirakdan gedir".

Seyidov deyib ki, sanksiyaların əsas hədəfi hansısa bir şəxs yox, Azərbaycanın milli maraqlarıdır: "Buna heç kim qarışa bilməz. Bu sanksiyalar Azərbaycan nümayəndə heyətinə mənfi təsir göstərməyəcək. Biz öz işimizi daha yaxşı formada quracağıq. Bu qərar Avropa Şurasının özünə mənfi təsir göstərəcək. Qərar qurumun tərkibindəki çöküşü, ikili standartların mövcudluğunu bir daha ortaya qoyur".

"Bu işlə bağlı xüsusi komissiya məndən tələb edirdi ki, qeyri-qanuni işlərlə məşğul olduğumu etiraf edim. Ancaq bu mümkün deyildi. Çünki Azərbaycan işini tam şəffaf şəkildə qurur. Bununla belə, əminəm ki, Avropa Şurası dəyişəcək. Biz 2001-ci ildə quruma üzv olarkən Strasburq üçün yox, ümumbəşəri dəyərlər üçün gəlmişdik. Təəssüf ki, bu dəyərlər ölkələrə təzyiq vasitəsi kimi istifadə olunur" — millət vəkili bəyan edib.

Xəbər lenti
0