03:57 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim

Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
63 0 0

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər

BAKI, 10 may — Sputnik. Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri laureatı Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Eldar Quliyevə “Qızıl Çinar” beynəlxalq mükafatını təqdim edib.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
© Official website of President of Azerbaijan Republic
Konsert proqramı

Mərasim konsert proqramı ilə davam edib.

Teqlər:
nitq, tədbir, Mehriban Əliyeva, yubiley, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev

Əsas mövzular