SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Rusiya kəşfiyyatının rəhbərini qəbul edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib
İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub

BAKI, 24 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlham Əliyevin qəbulunda

Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Sergey Narışkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə toxunaraq qeyd edib ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin nümayişidir.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Xəbər lenti
0