SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Novruz Məmmədovu baş nazir təyin etdi

Abunə olmaq
Azərbaycan prezidenti baş nazirlə bağlı sərəncam imzaladı

BAKI, 21 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Novruz Məmmədovun Azərbaycanın baş naziri təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti
0