06:44 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Türkiyənin baş nazir Binəli Yıldırım

Binəli Yıldırım İlham Əliyevi təbrik edib

© Foto : AA
SİYASƏT
Qısa URL
12 0 0

Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram

BAKI, 12 aprel — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım İlham Əliyevi prezident seçkilərindəki inamlı qələbəsi münasibətilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Əziz Dostum.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.

Qardaş Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram".

Teqlər:
Türkiyənin baş naziri Binəli Yıldırım, təbrik, seçkilər, İlham Əliyev

Əsas mövzular