14:00 19 Aprel 2018
Canlı yayım
Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda

İlham Əliyev xalqa müraciət etdi

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
SİYASƏT
Qısa URL
32310

Prezident İlham Əliyev qeyd edib ki, ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsini işğaldan azad edilib

BAKI, 11 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.

SSputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsini işğaldan azad edilib: "Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı bütün torpaqlarımızda bayraqlarımız dalğalanacaq".

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrindən biridir: "Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir, Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!"

Teqlər:
seçki, müraciət, Azərbaycan prezidenti İlham Əliyev

Əsas mövzular