SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ayaz Mütəllibov prezident seçkilərinə münasibət bildirdi

© Photo : REPORTAzərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Prezident seçkilərində səs verib
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Prezident seçkilərində səs verib - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş prezident: "Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər"

BAKI, 11 aprel — Sputnik. Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov prezident seçkilərində səs verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, eks-prezident 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

A.Mütəllibov məntəqəyə həyat yoldaşı Ədilə Mütəllibova ilə birlikdə gəlib. Onlar məntəqəyə daxil olduqdan sonra barmaqlarına mürəkkəb vurulub. Sonra A.Mütəllibov və həyat yoldaşı seçki bülletenlərini götürərək səs veriblər.

Keçmiş prezident deyib ki, vətəndaşların sərbəst səsvermələri üçün lazımı şərait yaradılıb: "Məntəqədə olduğum müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, seçkidə fəallıq müşahidə olunur. Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər".

Xəbər lenti
0