SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BƏƏ-də yüksək seçici fəallığı müşahidə olunur

© Photo : Azərbaycanın BƏƏ-dəki səfirliyi tərəfindən təqdim edilibAzərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov
Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 11:25-ə olan məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və səfirliyin qeydiyyatında olan Azərbaycan vətəndaşlarının 48 faizi seçkidə iştirak edib

BAKI, 11 aprel — Sputnik. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyində prezident seçkiləri üçün səsvermə prosesi təşkil olunub.

Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, səfirlikdə seçici fəallığı müşahidə olunur.

"Saat 11:25-ə olan məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və səfirliyin qeydiyyatında olan Azərbaycan vətəndaşlarının 48 faizi seçkidə iştirak edib" — deyə səfir bildirib.

Xəbər lenti
0