19:22 21 Aprel 2018
Canlı yayım
Rusiyalı politoloq Oleq Kuznetsov

Rusiyalı politoloq: “Bu ssenari Azərbaycanı xatırladır”

SİYASƏT
Qısa URL
15310

Rusiyalı politoloq hesab edir ki, bizim ölkələrdəki seçki strukturu oxşardır

BAKI, 2 aprel — Sputnik. "Rusiya prezidenti Vladimir Putinin siyasi lider kimi formalaşması Azərbaycan ssenarisi üzrə gedir". Bunu martın 18-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Rusiyada keçirilən seçkilərin yekunları və onun Cənubi Qafqaz regionundakı vəziyyətə təsiri" mövzusunda keçirilən tədbirdə rusiyalı politoloq Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Vladimir Putin 2004-cü ildə ikinci dəfə prezidentliyə namizədliyini hakim partiya olan "Vahid Rusiya Partiyası" tərəfindən irəli sürmüşdü. 2018-ci ildə isə o, öz namizədliyini partiyasız, özü irəli sürmüşdü.

"Bu ssenari Azərbaycanı xatırladır. Burada olduğu kimi, prezident özünü seçkilərdə hansısa partiyanın deyil, ümummilli lider, xalq nümayəndəsi kimi irəli sürür. Rusiyada bu il keçirilən seçkilərdə yalnız Vladimir Putin öz namizədliyini özü irəli sürüb, digər namizədlərin adları isə müxtəlif partiyalar tərəfindən irəli sürülmüşdü", – deyə Kuznetsov bildirib.

Rusiyalı politoloq hesab edir ki, paradoksal səslənsə belə, bizim ölkələrdəki seçki strukturu oxşardır və bu oxşarlıq hər iki dövlət tarixinin SSSR-yə aid olması ilə bağlı deyil: "Həm Rusiyada, həm Azərbaycanda ölkə iqtisadiyyatının böyük hissəsini dövlət təşkilatları özündə cəmləşdirir. Daxil olan vergilərin də dörddə üç hissəsindən artığını məhz dövlət strukturları ödəyirlər".

"Yaxın illərdə bu vəziyyətin dəyişəcəyini gözləməyə dəyməz. Lakin onu da qeyd etmək lazımdır ki, müxalifətin bizim ölkələrdə iqtisadi baxımdan hər-hansı yerli təşkilatlardan kömək almaması Qərbdəki müəyyən qüvvələrdə qıcıq yaradır. Çünki onlar müxalifətə yetərincə dəstək ola bilmirlər. Bu vəziyyətdə isə Rusiya və Azərbaycandan müxalif qüvvələr vasitəsilə hər-hansı kompromislər istəməyə, nəsə gözləməyə, hansısa maraqlardan onların xeyrinə keçinməyə səbəb qalmır",  – deyə Kuznetsov əlavə edib.

Teqlər:
Oleq Kuznetsov, seçki, Rusiya, Azərbaycan, politoloq

Əsas mövzular