10:36 22 Aprel 2018
Canlı yayım
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
SİYASƏT
Qısa URL
24 0 0

Soyqırımı ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli xalqımıza başsağlığı verib

BAKI, 31 mart — Sputnik. Bu gün Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.

General-polkovnik Zakir Həsənov ölkədə matın 31-nin azərbaycanlıların soyqırımının 100 iliyi kimi qeyd edildiyini həmkarlarının diqqətinə çatdırıb. Müdafiə naziri bildirib ki, 1918-ci il 30 mart — 3 aprel tarixlərində Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən on mindən çox azərbaycanlı qətlə yetirilib və itkin düşüb.

Soyqırımı ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli xalqımıza başsağlığı verib.

Teqlər:
müdafiə naziri, Gürcüstan, Türkiyə, Azərbaycan, görüş

Əsas mövzular