SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Namizədlərə ayrılacaq ödənişsiz efir vaxtının miqdarı bilindi

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentliyə namizədlərə həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxt ayrılacaq

BAKI, 17 mart — Sputnik. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat vaxt ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

Xəbər lenti
0