SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xəzər cəlb edir: Vaşinqton Bakıya təzyiq etmək üçün Yerevanla "oynayır"

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidГорода мира. Вашингтон
Города мира. Вашингтон - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı politoloq ABŞ-ın Azərbaycanla münasibətləri korlayaraq Ermənistanın hərəkətlərinə göz yummasının səbəblərini açıqladı

Aleksandra Zuyeva, Sputnik Azərbaycan.

BAKI, 15 mart — Sputnik. ABŞ Xəzər regionuna çıxmağı çox istəyir. Hazırkı siyasi konfiqurasiyada isə "Xəzər müdafiəsi"ndə məhz ən zəif yer kimi görünür.

Bunu Sputnik Azərbaycan-a PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arıkov deyib.

Siyavuş Novruzov: Rusiya Qarabağ məsələsində daha ədalətli mövqe tutmalıdır - Sputnik Azərbaycan
VİDEO
Siyavuş Novruzov: "Rusiya Qarabağ məsələsində daha ədalətli mövqe tutmalıdır"

Dağlıq Qarabağ separatçılarının "prezidenti" Bako Saakyan martın 14-də ABŞ-da, Kapitolidə tədbirə qatılıb. O, həmin tədbirdə təkcə çıxış etməyib, həm də mükafat alıb.

Arıkovun sözlərinə görə, nəyin daha effektiv olduğunu müzakirə etmək olar: bütün dünyadakı erməni diasporunun lobbiçiliyi, yoxsa, Azərbaycanın məşhur "Kürü diplomatiyası".

Ancaq müzakirə edilən vəziyyətdə səbəb müxtəlifdir — məhz Bakının Moskva, Ankara və Tehranla yaxın əlaqədə olması və Vaşinqtonun təşəbbüsü ilə ortaya atılan anti-Rusiya və anti-İran sanksiyaları dəstəkləməkdən imtina etməsi.

"Bu, Azərbaycan Respublikasının mövcud rəhbərliyinin müstəqil xarici siyasətinə cavab kimi qiymətləndirilməlidir. Odlar yurdunun neft və qaz sektorunda BP ilə sıx tərəfdaşlıq mövcud olmasaydı, demək olar ki, ciddi problemlər olardı" – deyə ekspert bildirib.

Bununla yanaşı, ekspert qeyd edib ki, ABŞ Xəzər regionuna çıxmağı çox istəyir, hazırkı siyasi konfiqurasiyada isə "Xəzər müdafiəsi"ndə məhz ən zəif yer kimi görünür.

Нагорный Карабах, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Bu dəfəki səfər Qarabağ münaqişəsinin həllində nə vəd edir

"İran və Rusiyanın Xəzər regionunda xarici iştiraka nəzərən mövqeləri aydındır, Qazaxıstan Rusiya ilə həmrəydir, Türkmənistan bu məsələdə Çinin maraqlarını təmsil edir (bu ölkənin burada iştirakı ilə məcburən barışıblar), Azərbaycanı isə fikrimcə, ABŞ strateqlərinin qənaətinə görə, bu məsələdə müttəfiqliyə meylləndirməyə cəhd etmək olar" – deyə politoloq bildirib.

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, bunu, məsələn, Əfqanıstana nəqliyyat dəhlizi layihəsinə daxil etməklə, bu bəhanə ilə respublika ərazisində formal olaraq alyansın yüklərini texniki cəhətdən müşayiət etmək üçün NATO hərbçilərini yerləşdirərək etmək mümkündür.

Arıkov vurğulayıb ki, məhz buna görə də Qarabağ məsələsində Ermənistan ABŞ-dan istifadə eləmir, amma ABŞ Azərbaycana təzyiq etmək üçün Ermənistandan istifadə edir. Eyni zamanda başqa bir məsələni də həll edir — Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmağa başlayır. Əgər yaxın aylarda Qarabağ münaqişəsində gərginlik yaransa (vacib deyil, kim birinci başlayacaq) və Azərbaycan ordusu bugünkü şərtlərlə qarşı tərəfə hücum edərək üstünlük əldə etsə, bu, ABŞ-a Ermənistana bu mesajı bəyan etmək üçün yaxşı bəhanə verəcək: "Hə, Rusiya sizi Azərbaycanın aqressiyasından qoruya bildimi? Amma biz olsaydıq, qoruyardıq!"

"Blef aydındır. Sən öz ərazilərini itirəndə (qoy lap işğal etdiyin ərazilər olsun), əsas müttəfiq səni hərbi cəhətdən dəstəkləməyəndə (Rusiya ordusu dəqiq bir sıra səbəblərdən bu münaqişəyə müdaxilə etmir), sən hətta şeytanın özündən də dəstək gözləyirsən" – deyə Arıkov bildirib.

Xankəndidə (Stepanakertdə) ilk mitinqlər, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bəlasının başladığı gün

Politoloqun fikrincə, buna qədər isə Amerikanın Qlendeyl şəhərindəki prospektlərdən birinin adını dəyişərək "Artsax prospekti" qoyacaqlar. Necə ki, Vaşinqtondakı meydana Nemtsovun adını verdilər. O da var ki, belə dövlətlərin qürur məsələsi olan ən ağrılı yerinə də zərbəni təzyiq şəklində məhz Ağ Ev vurur.

"Əgər belə bir prospekt peyda olsa, inanıram ki, Bakı Vaşinqtonla münasibətlərinə korrektə edəcək. Necə ki, Nemtsov müxalifətçi də olsa, Rusiya siyasətçisi idi, "Artsax" adı da Azərbaycanda düşmənin adı kimi qəbul olunur" – deyən Arıkov ümid etdiyini bildirib ki, yəqin ABŞ-ın bunu etməməyə müdrikliyi çatacaq, yaxud da sözügedən prospektə hər iki toponimin adını verəcək.

Xəbər lenti
0