20:39 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
93 0 0

Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib

BAKI, 11 mart — Sputnik. Azərbaycan Prezidentliyinə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah — martın 12-də başa çatacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Sənədləri prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən аzı 30 gün (12 mart) qalanadək saat 18.00-dək MSK-ya təqdim olunmalıdır.

Xatırladaq ki, MSK indiyədək 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Teqlər:
sənəd, qeydə alma, prezident seçkiləri, Mərkəzi Seçki Komissiyası

Əsas mövzular