03:04 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Avropa Parlamenti, arxiv şəkli

Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək seçkilərlə bağlı qərar verdi

© REUTERS / Vincent Kessler
SİYASƏT
Qısa URL
94610

AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib

BAKI, 9 mart — Sputnik. Avropa Parlamentinin (AP) nümayəndələri Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə bildirilir.

Burada qeyd olunur ki, AP seçkiləri müşahidə etməyəcəyi üçün proses və daha sonra elan olunacaq nəticələrlə bağlı hər hansı şərh verməyəcək: "AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir".

Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək. Bu hesabat AP-nin seçkilər mövzusunda rəsmi mövqeyini əks etdirəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də, Azərbaycanda isə aprelin 11-də keçiriləcək.

Əlaqədar

Nəhayət ki, Avropa Parlamenti ədalətli qərar qəbul etdi
Avropa Parlamentindən Türkiyəyə zərbə
Avropa Parlamentinin qətnaməsi Azərbaycanda anlaşılmazlıq doğurub
Avropa parlamentindən İngiltərəyə yeni mesaj
Teqlər:
müşahidə, prezident seçkiləri, Rusiya, Azərbaycan, AP, Avropa Parlamenti

Əsas mövzular