20:09 09 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
16920

Millət vəkili: "Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir"

BAKI, 6 mart — Sputnik. "Milli Şura martın 10-a mitinq təyin etməklə seçki qanunvericiliyini pozub". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, seçkiqabağı təşviqat martın 19-da başlayır: "Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlərsə, mitinq keçirsinlər".

Millət vəkili qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir: "Əks təqdirdə bu, qanun pozuntusu ola bilər. Elə bilərsiniz, nədənsə narahatam. Xeyr! Sadəcə qanunlara hörmət tələb edirəm".

Əlaqədar

Milli Şura növbəti mitinqini keçirib
Bakıda Milli Şuranın mitinqi keçirilib
BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı
Teqlər:
mart, Qüdrət Həsənquliyev, Milli Şura, seçki, mitinq

Əsas mövzular