SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu gün Brüsseldə Azərbaycanla bağlı mühüm toplantı keçiriləcək

© AP Photo / Virginia MayoШтаб-квартира ЕС в Брюсселе
Штаб-квартира ЕС в Брюсселе - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək

BAKI, 9 fevral — Sputnik. Bu gün Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçiriləcək iclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaqlar.

İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlərin müzakirəsi daxil olmaqla enerji əməkdaşlığını müzakirə edəcəklər. İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.

Bundan başqa, E.Məmmədyarov və F.Mogerini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və bir sıra digər regional məsələlərə toxunacaqlar.

Xəbər lenti
0