Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Niderland - Türkiyə əlaqələri kəsildi, bəs Niderland - Azərbaycan münasibətləri?

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidГорода мира. Утрехт
Города мира. Утрехт - Sputnik Azərbaycan
Abunə olmaq
Cəlal Mirzəyev: "Niderland kapitalına malik 125-dən çox şirkət Azərbaycanda ticarət, xidmət, bank, sığorta, sənaye, tikinti, nəqliyyat, rabitə və s. sahələrdə fəaliyyət göstərir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Bir neçə gün öncə Niderland Krallığı Türkiyədəki səfirini rəsmi şəkildə geri çağırdığını elan etdi. Krallığın Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyənin Niderlanda təyin edəcəyi səfirin etimadnaməsi də qəbul edilməyəcək. Həmçinin qeyd edildi ki, bununla bağlı rəsmi Ankara ilə aparılan ikitərəfli müzakirələr dayandırılıb.

© © Foto Azərbaycanın Niderlanddakı nümayəndəliyi tərəfindən təqdim olunubCəlal Mirzəyev
Cəlal Mirzəyev  - Sputnik Azərbaycan
Cəlal Mirzəyev

Maraqlıdır, bu prosesin fonunda Azərbaycan — Niderland münasibətləri hazırda hansı səviyyədədir? Sputnik Azərbaycan-ın bu sualını Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev cavablandırıb.

O bildirib ki, Azərbaycanla — Niderland münasibətləri dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və yüksək səviyyədədir: "Azərbaycan ilə Niderland arasında olan münasibətlər yüksələn xətlə inkişaf edir. Əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli səfərlər, keçirilən görüşlər, imzalanmış sənədlər böyük rol oynayır".

"Ölkələrarası əlaqələrin göstəricisi olaraq, fevralın 2-də Haaqada artıq ənənə halını almış, Azərbaycan və Niderlandın xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirildi. Niderland rəhbərliyi dəfələrlə müxtəlif səviyyələrdə, platformalarda ölkəmizin sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdığını, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiklərini birmənalı şəkildə bildirib", — Mirzəyev qeyd edib.

Müvəqqəti işlər vəkili iki ölkə arasındakı ticarət dövriyyəsindən də danışıb: "2016-cı illə müqayisədə 2017-ci ildə dövriyyəsi 12 dəfə artıb. Bu illər ərzində təşkil olunmuş ikitərəfli ticari missiyalar, forumlar nəticəsində Azərbaycanla Niderland arasında əlaqələr praktik əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub".

O vurğulayıb ki, Niderland kapitalına malik 125-dən çox şirkət Azərbaycanda ticarət, xidmət, bank, sığorta, sənaye, tikinti, nəqliyyat, rabitə və s. sahələrdə fəaliyyət göstərir: "Niderland Azərbaycan iqtisadiyyatının qeyri neft-sektoruna indiyə qədər 800 milyon ABŞ dolları həcmində yatırım edib".

"Hazırda "Maastrixt" — "Baku Cargo" yükdaşıma sahəsində mütəmadi reyslər həyata keçirilir. Yaxın zamanlarda sərnişin daşımalarına başlanılması nəzərdə tutulur. Bu da öz növbəsində iki ölkə arasında turizm əməkdaşlığına təkan verəcək", — deyə Mirzəyev əlavə edib.

Xəbər lenti
0