SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

YAP qurultayın vaxtını təyin etdi

© Sputnik / Irade JELILЭмблема партии "Ени Азербайджан"
Эмблема партии Ени Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək

BAKI, 5 fevral — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-nə təyin olunub. Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək.

Xatırladaq ki, bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Xəbər lenti
0