10:13 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
İlham Əliyev

Azərbaycan prezidenti dəhşətli terrorla bağlı başsağlığı verdi

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
SİYASƏT
Qısa URL
71810

"Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü patlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim"

BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kabil şəhərində törədilmiş güclü patlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması ilə əlaqədar Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, başsağlığında deyilir:

Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü patlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!

Əlaqədar

İlham Əliyev dəhşətli yanğında ölənlərlə bağlı başsağlığı verdi
Ölkə matəm içində: İlham Əliyev başsağlığı verdi
Prezident görkəmli alimin vəfatı ilə əlaqədar başsağlığı verib
Türkiyə prezidenti başsağlığı verdi
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Teqlər:
Məhəmməd Əşrəf Qani, başsağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, terror

Əsas mövzular