22:08 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
SİYASƏT
Qısa URL
20 0 0

Azərbaycan prezidenti Benyamin Netanyahu, Robert Dadli və Maroş Şevçoviç ilə görüşüb

BAKI, 24 yanvar — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşüb.

Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.

Prezident İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb

Azərbaycan Prezidenti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olunub.

Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.

Əlaqədar

“Davos forumu Azərbaycana bir sıra dividendlər qazandıracaq”
İqtisadçılar Prezidentin Davos mesajlarını təhlil edir
Davos Forumu dünyaya nə vəd edir?
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Azərbaycan prezidenti Davosda bir sıra yeni görüşlər keçirib
Teqlər:
görüş, Davos, Azərbaycan prezidenti İlham Əliyev, Benyamin Netanyahu, Robert Dadli, Maroş Şevçoviç

Əsas mövzular