05:38 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
23 0 0

Hikmət Hacıyev: "İşğal olunmuş ərazilərə qanunsuz səfərlər etdiyinə görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına 600-ə yaxın adamın adı daxil edilib"

BAKI, 28 dekabr — Sputnik. Yüz iyirmi üzvü olan Qoşulmama Hərəkatı ölkələrinin sammiti gələn il Bakıda keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Hacıyevin sözlərinə görə, 2018-ci il aprelin 3-6-da təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bakıda toplantısı da olacaq: "Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prrosesi ilə bağlı açıqlama verən mətbuat katibi qeyd edib ki, Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir: "Amma bu, substantiv danışıqlarla paralel aparılmalıdır və ATƏT-in Minsk Qrupunun səylərinə töhfə verməlidir".

"İşğal olunmuş ərazilərə qanunsuz səfərlər etdiyinə görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına 600-ə yaxın adamın adı daxil edilib. Onlar haqqında beynəlxalq səviyyədə hüquqi proseslər gedir. Bu il təxminən 10 nəfər "qara siyahı"dan çıxarılmaları üçün Azərbaycana müraciət edib. Onlardan bəziləri siyahıdan çıxarılıb" — XİN sözçüsü əlavə edib.

Əlaqədar

Xarici İşlər Nazirliyinin hesablarını dağıtdılar
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş olub
İlham Əliyev Qətərin xarici işlər nazirini qəbul edib
Teqlər:
Qoşulmama Hərəkatı, ATƏT, Xarici İşlər Nazirliyi, Hikmət Hacıyev, XİN, Azərbaycan, işğal

Əsas mövzular