SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vladimir Putin İlham Əliyevi Rusiyanın əsl dostu adlandırdı

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
"Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm"

BAKI, 24 dekabr — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən məlumat verir ki, Rusiya prezidenti təbrik məktubunda prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişaf yolunda inamla irəlilədiyini, aktual beynəlxalq problemlərin həllində fəal rol oynadığını bildirib.

Vladimir Putin prezident İlham Əliyevi Rusiyanın əsl dostu adlandıraraq, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verdiyini qeyd edib: "Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm".

Xəbər lenti
0