04:22 15 Dekabr 2017
Canlı yayım
Edvard Nalbandyan və Elmar Məmmədyarov

Xarici işlər nazirləri yanvarda yenidən görüşəcəklər

© Sputnik / Grigoriy Sysoyev
SİYASƏT
Qısa URL
8 0 0

Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin

BAKI, 7 dekabr — Sputnik. Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 6 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi (Anjey Kaspişik) ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçirib.

Sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib.

Əlaqədar

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş olub
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb
Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri nədə razılığa gəliblər?
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başladı
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü planlaşdırılır
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Edvard Nalbandyan, Xarici İşlər Nazirliyi, Elmar Məmmədyarov, görüş

Əsas mövzular