22:44 13 Dekabr 2017
Canlı yayım
Elmar Məmmədyarov və Edvard Nalbandyan

Elmar Məmmədyarov Vyanada Edvard Nalbandyanla görüşüb

© REUTERS/ Sergei Karpukhin
SİYASƏT
Qısa URL
19 0 0

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub

BAKI, 7 dekabr — Sputnik. Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü keçirilib. 
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" mikrobloqunda yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.

Qeyd edək ki, hər iki nazir ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.

Əlaqədar

Məmmədyarov Nalbandyanla nə vaxt görüşəcək?
Məmmədyarov Moskvaya, Lavrov Bakıya yola düşəcək
Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü başa çatıb
Məmmədyarov və Nalbandyan bu gün görüşürlər
Məmmədyarov: "Azərbaycan zəmanət verməyə hazırdır"
Teqlər:
Edvard Nalbandyan, ATƏT, Vyana, Dağlıq Qarabağ, Elmar Məmmədyarov, görüş

Əsas mövzular