03:36 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
19 0 0

Konfrans iştirakçıları, həmçinin Əfqanıstanın təhlükəsizliyi, sabitliyi və rifahının təmin edilməsi üçün gələcək tədbirlərin vacibliyini vurğulayıblar

BAKI, 1 dekabr — Sputnik. “Asiyanın Qəlbi — İstanbul Prosesi" çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, sənəddə tərəflərin Əfqanıstan məsələsi üzrə ümumi mövqeyi əksini tapıb.

Konfrans iştirakçıları, həmçinin Əfqanıstanın təhlükəsizliyi, sabitliyi və rifahının təmin edilməsi üçün gələcək tədbirlərin vacibliyini vurğulayıblar.

“Asiyanın Qəlbi — İstanbul Prosesi" “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platforma sayılır.

VII nazirlər konfransında “Asiyanın Qəlbi — İstanbul Prosesi"ndə iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar, Əfqanıstan İslam Respublikasının xarici işlər naziri, eləcə də Türkiyə, Pakistan, İranın xarici siyasət idarələrinin rəhbərləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğız Respublikası, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Əfqanıstan və Orta Asiya üzrə xüsusi nümayəndələri iştirak ediblər.

Əlaqədar

İlham Əliyevlə Si Cinpin birgə bəyənnamə imzalayıblar
Oqtay Əsədovdan bəyənnaməyə etiraz
Teqlər:
"Asiyanın Qəlbi – İstanbul Prosesi", Bakı bəyannaməsi, Əfqanıstan, İran, Türkiyə, Pakistan

Əsas mövzular