11:16 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Rusiyalı politoloq Oleq Kuznetsov

Kuznetsov: "Rusiyanı Türkiyə ilə müharibəyə sürükləmək cəhdləri baş tutmayacaq"

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
335 0 0

Oleq Kuznetsov: "Ermənistan rəhbərliyinin çoxdankı arzusu regionda müharibə yaradıb Azərbaycanı bura qatmaqdır"

BAKI, 29 noyabr — Sputnik. "Ermənistanın Avropa İttifaqı ilə assosiativ sazişin bağlamasından sonra regionda tam yeni geosiyasi vəziyyət yaranıb".

Bu gün, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Qarabağ münaqişəsinin yeni mərhələsi üçün Rusiyanın təklifləri nədir?" mövzusunda keçirilən tədbirdə rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov belə deyib.

Serj Sarkisyan və Donald Tusk
© Photo : Ermənistan prezidentinin mətbuat xidməti

Onun sözlərinə görə, Rusiyada hamı çox gözəl anlayır ki, Ukraynada olan ssenari indi Ermənistanda yaşanır: "Bu ssenarinin əsas məqsədi Rusiyanı yeni müharibəyə qatmaqdır. Elə Ermənistan rəhbərliyinin də çoxdankı arzusu regionda müharibə yaradıb Azərbaycanı bura qatmaqdır".

"Bu ssenariyə görə, Rusiya Ermənistana kömək edən zaman buraya Türkiyə də qatılacaq. Amma bu fikirlər fiaskoya uğrayır" — Kuznetsov bildirib.

"Rusiya Ermənistanın Avropaya inteqrasiyasına qarşı əlindən gələni etdi, lakin bunun qarşısını ala bilmədi" deyən politoloqun fikrincə, Ermənistan öz məqsədlərini həyata keçirə bilməyəcək.

"Çünki Rusiya və Türkiyənin münasibətləri artıq yaxşılaşıb. Hər iki ölkənin liderləri gərginliklərdən sonra artıq dostlaşıblar" — tarixçi diqqətə çatdırıb.

Onun sözlərinə görə, Rusiya görür ki, Türkiyədə Amerika və Avropaya yönəlmiş lobbiçilik yoxdur: "Məhz buna görə, Ermənistanın aranı qataraq Türkiyəni Rusiya ilə müharibəyə qatmaq istəyi həyata keçməyəcək. Bu məqsəd fiaskoya uğrayır".

Əlaqədar

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması
Rəsmi Bakı Ermənistanın BTQ-yə qoşulma ehtimalına aydınlıq gətirdi
Mustafa: “Ermənistan işğalçı siyasətindən əl çəkməyəcəyini açıq-aşkar göstərir”
Teqlər:
Türkiyə, tarixçi, politoloq, Oleq Kuznetsov, Azərbaycan, Rusiya, assosiativ saziş, Avropa İttifaqı, Ermənistan

Əsas mövzular