07:04 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
70 0 0

Missiyasını başa çatdıran səfir həm səfirliyin, həm də şəxsən onun işinə göstərdikləri marağa görə azərbaycanlılara təşəkkür edib.

BAKI, 28 noyabr – Sputnik. “Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi kursu geniş bazaya malikdir”. Sputnik Azərbaycan Rusiya səfirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunu missiyasını başa çatdıran Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin müraciətində bildirib.

Səfir müraciətində qeyd edib ki, Rusiya prezidentinin qərarı ilə Rusiyanın Azərbaycandakı səfiri missiyasını başa vurub. O, xatırladıb ki, təxminən 9 il əvvəl Azərbaycana gələndə dəqiq siyasi təlimatı olub – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək.

“Bu tapşırığı yerinə yetirmək çətin deyildi. Mənim qarşımda açıq qapılar vardı. Azərbaycan da Rusiya kimi münasibətlərimizin möhkəmləndirilməsinə can atırdı” – deyə o, qeyd edib.

Onun sözlərinə görə, ötən illər ərzində bir-birinin suverenliyinə tam hörmət edilməsi, bir-birinin işinə qarışılmaması və maraqların balansına əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsinə gətirib çıxaran bir çox vacib hadisələrin şahidi və iştirakçısı olub.

“Biz, bir-birimizi daha yaxşı başa düşməyə, əvvəllər bizim münasibətlərimizdə olan yaxşı məqamları qiymətləndirməyə və zamanın yeni tələblərinə uyğun olaraq əməkdaşlığəmızı qurmağa başladıq” – deyə Doroxin qeyd edib.

Səfir həm səfirliyin, həm də şəxsən onun işinə göstərdikləri marağa görə azərbaycanlılara təşəkkür edib. Onun sözlərinə görə, bu maraq həmişə dostluq xarakteri daşıyıb.

“İndi daha yaxşı başa düşürəm ki, başqa cür ola da bilməzdi. Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi kursu Azərbaycanda geniş bazaya malikdir. Rusiya və Azərbaycan miqyasına, mentalitetinə, mədəniyyətinə görə fərqli ölkələrdir. Amma buna baxmayaraq, biz bir-birimizlə dil tapmağı öyrənmişik” – o, qeyd edib.

Doroxin bildirib ki, bütün çətinliklərə və yeni çağırışlara baxmayaraq, toplanmış təcrübənin bundan sonra da iki ölkənin və xalqın maraqlarına uyğun istifadə ediləcəyinə ümid edir. Diplomat onu da əmin edib ki, Rusiya həmişə buna can atacaq. Çünki Rusiya tərəfinin cənub sərhədində stabil, çiçəklənən Azərbaycandan böyük marağı yoxdur.

Əlaqədar

Səfir: "Rusiya Azərbaycan üçün kadrlar hazırlayan əsas mərkəzlərdən biridir"
Rusiya səfirliyinin əməkdaşları Lapşinlə görüşüb
Rusiya səfirinin qətli ilə bağlı mühüm faktlar ortaya çıxdı
Rusiya səfiri azərbaycanlı ədiblərə mükafat verdi
ABŞ Rusiya səfirliyinin atəşə tutulmasını dəstəkləyir?
Teqlər:
müraciət, Azərbaycan, Rusiya, missiya, səfir, Vladimir Doroxin

Əsas mövzular