07:23 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
SİYASƏT
Qısa URL
46 0 0

İclasda 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir

BAKI, 7 noyabr – Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, 2017-ci il Azərbaycan üçün əlamətdar olub: “21-ci Əsrin Müqaviləsinin bağlanmasının şahidi olduq. Azərbaycan dünyaya sivil qaydada inteqrasiya olunur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi münasibətilə komitələr adından Azərbaycan xalqını təbrik edirəm. Bu, Azərbaycan tarixində əlamətdar hadisədir. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq layihələrdə uğurla iştirak edir”.

Onun sözlərinə görə, Azərbaycan rəqabətə davamlı ölkələr arasında öz yerini daha da möhkəmləndirib. Son zamanlarda onlarla qanunlara dəyişikliklər edilib. Məqsəd investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır.

Komitə sədri deyib ki, 2018-ci ilin dövlət büdcəsi qlobal risklərin gündən-günə artdığı şəraitdə ən geniş miqyaslı informasiyaları özündə əks etdirən büdcə layihəsidir. 2018-ci ilin büdcəsi ətraflı müzakirə ediləcək.

İclasda maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət və icmal büdcələrinin layihələri barədə danışacaq.

Müzakirələr iki gün davam edəcək.

Əlaqədar

Milli Məclis bu məsələləri gündəlikdən çıxardı
Milli Məclis təsdiq etdi
Milli Məclisin payız sessiyası başlayıb
Milli Məclisin payız sessiyasının başlama vaxtı bilindi
Milli Məclisin deputatının keçmiş fəaliyyəti ilə bağlı cinayət işi açıldı
Teqlər:
büdcəsinin layihələri, "Əsrin müqaviləsi", Ziyad Səmədzadə, Samir Şərifov, Milli Məclis, Bakı-Tbilisi-Qars

Əsas mövzular