SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

CNN telekanalının aparıcısı arzuolunmaz şəxslər siyahısına daxil edilib

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
CNN telekanalının şou aparıcısı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib

BAKI, 26 oktyabr — Sputnik. CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, həmçinin qanunlarını pozduğuna görə, Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini təsdiqləyirik. Təəssüf edirik ki, o özünü təbliğat alətinə çevirib. İşğal altında olan torpaqlarda mətbəx şousu təşkil etmək Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününə qarşı son dərəcə hörmətsizlikdir" — deyə Hacıyev əlavə edib.

Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bundan əvvəl "Report"a açıqlamasında məsələnin araşdırılacağını və təsdiqini tapacağı təqdirdə Entoni Burdenin arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini bildirib.

Xəbər lenti
0