SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Burada danışdıqlarımızı Yaqlanda göndərməliyik"

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Səməd Seyidov Milli Məclisə təklif verdi

BAKI, 20 oktyabr — Sputnik. "Milli Məclisin plenar iclasında səslənən fikirləri ümumiləşdirirək Avropa Şurasının Parlament Assambleyasına, o cümlədən Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda göndərməliyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu təkliflə parlamentin plenar iclasında, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Milli Məclisin sədri və həmkarlarına dəstəyə görə təşəkkürünü bildirən S. Seyidov deyib ki, burada səslənən hər bir fikir və ümumilikdə Azərbaycanın mövqeyi bir daha Avropa Şurasına bildirilməlidir.

Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məktubu AŞ-nin baş katibinə göndərməyin xeyri yoxdur: "Lakin digər qurumlara göndərmək olar".

Xəbər lenti
0