SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: "Azərbaycan bundan heç nə itirməyəcək"

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidAİ bayraqları
Aİ bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
"Prezident vurğulayıb ki, Avropada itlərdən, atlardan, dəyənəklərdən dinc əhaliyə qarşı istifadə olunur və bu, demokratik hesab edilən ölkələrdə baş verir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. “Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa Şurası ilə münasibətlərə də xüsusi yer ayırıb və Avropa Şurasında Azərbaycanla münasibətlərə fərqli prizmadan yanaşan qüvvələrin mövcudluğundan təəssüfləndiyini bildirib”.

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Millət vəkili Elman Nəsirov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, dövlət başçısı, Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın son zamanlar Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərin, xüsusilə də Azərbaycanı Avropa Şurasından çıxarmaq niyyətini ortaya qoymasının münasibətlərə çox böyük kölgə salan hadisə olduğunu deyib: "Cənab prezident bu məsələyə toxunarkən vurğulayıb ki, Azərbaycanın Avropa Şurasından çıxarılması ümumiyyətlə heç nəyi dəyişməyəcək. Ümumiyyətlə, Azərbaycanda heç hiss olunmayacaq ki, biz bu təşkilatdan çıxmışıq. Yəni, Avropa Şurası daha çox onun fərqində olmalıdır ki, Azərbaycan geostrateji əhəmiyyətli bir regionda yerləşir, regionda lider dövlətdir, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə, beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük töhfələr verir. Belə olan vəziyyətdə, Azərbaycana təşəkkür etmək, ölkəmizin geniş fəaliyyətinə rəğbətini ifadə etmək əvəzinə, bizi təşkilatdan çıxarmaqla hədələyirlər. Hətta, konkret cinayət əməlinə yol vermiş və həbs olunmuş bir nəfərə görə Azərbaycanı qurumdan çıxarmaqla hədələyirlər. Cənab prezident bu məsələlər ilə bağlı çox kəskin mövqeyini ifadə edib. Həm də mövqe ondan ibarət idi ki, Azərbaycan bundan heç nə itirməyəcək. Yəni, itirən daha çox Avropa Şurası olacaq". 

Prezident İlham Əliyev həmsədrləri qəbul edib - Sputnik Azərbaycan
QARABAĞ
Prezident İlham Əliyev həmsədrləri qəbul edib

Millət vəkili bildirib ki, dövlət başçısı Azərbaycanın xarici siyasətində Avropa İttifaqının prioritet bir istiqamət olduğunu qeyd edib: "Biz Avropa ittifaqı ilə əlaqələrin inkişafında maraqlıyıq. Xüsusilə, enerji təhlükəsizliyi sahəsində çox ciddi əlaqələrimiz mövcuddur. Bizim də Avropa İttifaqından müəyyən gözləntilərimiz var. Gözləntilərimiz ondan ibarətdir ki, Avropa Şurası belə məsələlərdə, Azərbaycana ünvanlanmış haqsız yanaşmalara öz obyektiv mövqeyi ilə cavab versin və ölkəmizin haqq işini müdafiə etsin. Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir".

Onun sözlərinə görə, prezident vurğulayıb ki, ölkəmizdə əhalinin 70 faizdən çoxu internet istifadəçisidir: "Belə olan halda, ölkədə mətbuata hansı təzyiqdən, KİV-lər üzərində hansı məhdudiyyətdən söhbət gedə bilər? Azərbaycanda söz, mətbuat, ifadə azadlığı, sərbəst toplaşmaq, dini azadlıq tam şəkildə təmin edilib. Cənab prezident bu kontekstdə onu da vurğulayıb ki, Azərbaycanda müxalifət istənilən vaxt sərbəst toplaşmaq hüququndan istifadə edə bilir. Elə bu yaxınlarda onların bir mitinqi də keçirilib. Bu mitinqlərə min nəfərə yaxın insan toplaşıb və bunlar da partiya üzvləri və onların qohum-əqrəbası olub. Yəni, bu mitinqə insanlar gəlmirsə, vətəndaşlar iştirak etmirsə, bu, müxalifətin öz problemidir, bu, başqa bir mövzudur. Buna görə məsuliyyət də müxalifətin apardığı siyasətin üzərinə düşür. Bu nöqteyi-nəzərdən Avropa Şurası kimi qurumun Azərbaycanı belə məsələlərdə ittiham etməsi yersizdir. Bakıda şəhərin mərkəzində insanlar, partiyalar, müxalifət toplaşıb öz siyasi iradəsini ifadə edə bilir, mitinqlər keçirir, istədikləri bəyanatları verə bilirlər. Burada heç bir polis müdaxiləsindən, polis zorakılığından söhbət gedə bilməz".

"Cənab prezident bu kontekstdə vurğulayıb ki, biz televiziya ekranlarında görürük ki, itlərdən, atlardan, dəyənəklərdən dinc əhaliyə qarşı istifadə olunur və bu, demokratik hesab edilən ölkələrdə baş verir. Heç kim də bu ölkələri demokratiyanın, insan haqlarının pozulmasında ittiham etmir. Azərbaycanda bunların heç birisi yoxdur, amma, ölkəmizi ittiham etməyə başlayırlar. Bizi narahat edən məsələ budur. Xüsusilə, Avropa Şurasından belə ittihamlar səslənməsi, ümumiyyətlə, absurd məsələdir" – deyə millət vəkili bildirib. 

Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Əhmədoğlu: “Avropa Şurasının Azərbaycan qarşısında günahkar olduğunu sübut etməliyik”

Onun sözlərinə görə, Avropa Şurası rəhbərliyi Azərbaycanı ittiham edir ki, guya ölkəmiz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etmir: "Azərbaycan Prezidenti bütün bunların həqiqəti əks etdirmədiyini vurğulayıb və bildirib ki, Azərbaycan tam bunlara əməl edir, lazım gələndə təzminatlar da ödəyir. Amma Avropa İnsan Hüquqları Məhkəməsi 10 mindən artıq qərar qəbul edib və onların heç biri Avropa ölkələrində icra olunmur. Amma Azərbaycana qarşı fərqli, təzyiq dili ilə yanaşma xətti müşahidə edilir. Bunlar qəbuledilməzdir və dövlət başçısı bu məsələlər ilə bağlı qətiyyətli mövqeyini ifadə edib".

Keçirilən görüşün əhəmiyyətinə toxunan millət vəkili hesab edir ki, bu görüş xüsusilə Avropa Şurası rəhbərliyi səviyyəsində olan təzyiqlər, ittihamlar, yalanlar, iftiralar fonunda keçirilib və zaman etibarı ilə təxminən eyni vaxta düşüb: "Bu həqiqətlərin Avropa İttifaqından gəlmiş rəsmi nümayəndə heyətinə çatdırılması çox mühüm məna və əhəmiyyət kəsb edib".

Xəbər lenti
0