00:08 24 Sentyabr 2017
Canlı yayım
Bakının azad olmasının 99 illiyi ilə bağlı Bakıdakı Türk şəhidliyində tədbir, 15 sentyabr 2017-ci il

Səfir: "Silahlı qüvvələr arasındakı əməkdaşlıq mükəmməl səviyyədə olmalıdır"

© Sputnik / Irade CELIL
SİYASƏT
Qısa URL
19 0 0

"Azərbaycanın ən böyük problemi olan Yuxarı Qarabağ probleminin həll edilməsi üçün də birlikdə əlimizdən gələni etməyə çalışırıq"

BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 99 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakının azad olmasının 99 illiyi ilə bağlı Bakıdakı Türk şəhidliyi abidəsinə əklil qoyub. Daha sonra hər iki ölkənin himnləri səsləndirilib.

Bakının işğladan azad olmasının 99 illiyi ilə bağlı paytaxtdakı Türk şəhidliyində tədbir
© Sputnik / Irade CELIL
Bakının işğladan azad olmasının 99 illiyi ilə bağlı paytaxtdakı Türk şəhidliyində tədbir. 15 sentyabr 2017-ci il

Səfir jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağ problemi Türkiyənin də problemidir: "Biz sözün əsl mənasında iki dövlət, bir millətik. Bir-birimizin qardaşıyıq. Birimzin acısı hamımızın acısıdır. Bu gün Azərbaycanın ən böyük problemi olan Yuxarı Qarabağ probleminin həll edilməsi üçün də birlikdə əlimizdən gələni etməyə çalışırıq".

Bakıdakı Türk şəhidliyi
© Sputnik / Irade CELIL
Bakıdakı Türk şəhidliyi

Daha sonra səfir deyib ki, bu gün iki ölkənin hərbi qüvvələri arasında münasibətlər daha da sıx olmalıdır: “Buna görə də biz hərbi qüvvələri görüşlər, təlimlər yolu ilə yaxınlaşdırmağa çalışırıq və ümid edirəm ki, hər iki ölkənin silahlı qüvvələri arasında olan işbirliyi mükəmməl səviyyədə olacaq”.  

Qeyd edək ki, mərasimdə, QHT nümayəndələri, millət vəkilləri, müxtəlif partiyaların nümayəndələri də iştirak ediblər.

Əsas mövzular