20:06 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
42910

Rusiya və İrana qarşı yeni sanksiyaları eyni qanun layihəsinə birləşdiriblər ki, onların keçməsini asanlaşdırsınlar və Trampın mümkün etirazının qarşısını alsınlar

BAKI, 22 iyun — Sputnik. ABŞ administrasiyası Senatda qəbul olunmuş Rusiyaya qarşı sanksiyaların dəyişdirilməsi üçün Konqresin Nümayəndələr Palatası ilə işləyir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə New York Times qəzeti yazıb.

"Ağ Ev Nümayəndələr Palatasının sanksiyalarla bağlı layihəni yumşaltması üçün tədbirlər görür. Söhbət onları Konqresi ABŞ prezidenti Donald Trampın Moskva ilə bağlı hər hansı sanksiyanı ləğv etmək istiqamətində gələcək addımlarının qarşısını kəsməyə yönəlmiş qanun layihəsini yumşaltmağa çağırmaqdan gedir" — deyə qəzetin məlumatında bildirilir. 

Qeyd olunur ki, Administrasiyanın cəhdləri veto hüququ uğrunda Tramp hökuməti ilə respublikaçıların nəzarətində olan Konqres arasındakı yöndəmsiz və siyasi ziyan vuran mübarizəyə mane olmağa yönəlib.

Konstitusiyaya görə, dövlətin gəlirləri ilə bağlı bütün qanunvericilik aktlarına birinci Nümayəndələr Palatası baxmalıdır. Lakin anti-Rusiya sanksiyaları ilə bağlı layihəyə əvvəlcə Senatda baxıblar və yalnız bundan sonra Nümayəndələr Palatasına yönləndiriblər. 

Öz növbəsində Politico nəşri qeyd edib ki, Senat Nümayəndələr Palatasına vəziyyətin nizamlanması ilə bağlı öz təkliflərini göndərib. Senatın Xarici İşlər Komitəsinin sədri Robert Korker bildirib ki, bu problemlə əlaqədar "hamı bir yerdə işləyir".

Ötən həftə Senat 98 səs lehinə, 2 səs əleyhinə olmaqla Rusiya və İrana qarşı yeni sanksiyaları qəbul edib. Rusiya əleyhinə sanksiyaları İran əleyhinə sanksiyalar barədə qanun layihəsinə birləşdiriblər ki, onların keçməsini asanlaşdırsınlar və Trampın mümkün etirazının qarşısını alsınlar.

Əlaqədar

Putin: "Rusiya həmişə sanksiyalar altında yaşayıb"
Rusiyaya qarşı sanksiyaları götürmək səlahiyyəti Trampdan alına bilər
ABŞ Rusiyaya qarşı sanksiyaların qaldırılması üçün şərtini açıqladı
Politoloq: “Yeni sanksiyalar Rusiya üçün problem yaratmayacaq”
Teqlər:
Senat, Nümayəndələr Palatası, Robert Korker, Donald Tramp

Əsas mövzular