03:49 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq forum

XİN: Ermənistan atəşkəsdən süni şəkildə istifadə etməkdə davam edir

© Sputnik /
SİYASƏT
Qısa URL
52 0 0

Bakıda "Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət" mövsuzunda ictimai forum keçirilib

BAKI, 22 iyun — Sputnik. İyunun 22-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində "Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət" mövsuzunda ictimai forum keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, forumda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra xarici ölkələrin səfirləri, dövlət qurumların nümayəndələri, millət vəkilləri, KİV və QHT rəhbərləri, tanınmış ekspertlər, ziyalılar iştirak edib.

Prezident yanında QHT–lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir: “Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, dinc qonşuluq prinsipinə hörmət etməsinə rəğmən Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan üçün, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib. Azərbaycan Prezidenti dəfələrlə Ermənistana, onun rəhbərlərinə xəbərdarlıq edib ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız azad ediləcək. Artıq Ermənistan dərk etməlidir ki, bu çağırışa əməl etməklə öz təhlükəsizliyini təmin etmiş olacaq. Əks təqdirdə Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir və bu yaxın zamanlarda baş verəcək”. 

Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək bildirib ki, Ermənistanın təcavüzkar siyasəti sülhə və əmin-amanlığa hər zaman təhlükə olub və bu təhlükə indi də davam edir. Lakin Azərbaycan dövlətinin qüdrəti, dövlət başçısının apardığı siyasət bunu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımız tezliklər azad ediləcək: “Bunu Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, Azərbaycan ordusu heç zaman bu işğalla barışmayacaq və bir qarış torpağımız belə düşmən işğalında qalmayacaq”. V. Quliyev bildirib ki, prezident İlham Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini vurğulayıb: "Dövlət başçısı bildirib ki, Göyçə, Zəngəzur tarixi torpaqlarımızdır. Gənc nəsil bilməlidir ki, o torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq".

Daha sonra forumda ayrı-ayrı mövzular üzrə məruzələr dinlənilib.

  • “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq forum

1 / 9
© Sputnik /
“Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq forum

Millət vəkili Elman Nəsirov “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yeni mərhələdə” mövzusunda çıxış edərək deyib ki, 25 ildir ki, Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti heç bir nəticə vermir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrləri, o cümlədən Ermənistan xristian dövlətidir, təcavüzə məruz qalan Azərbaycan isə müsəlman dövlətidir. 

Onun sözlərinə görə, Azərbaycan bu gün dinlərarası barışıq məkanıdır, dünyaya multikulturalizm dəyərləri ixrac edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də dinlərarası harmoniyaya sadiqlik olunmalıdır. Bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda çıxış edərək deyib ki, bu gün konseptual şəkildə baxsaq, Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur.

H. Hacıyev bildirib ki, atəşkəs münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmalı idi: "Ancaq Ermənistan atəşkəsdən süni şəkildə istifadə etməkdə davam edir. Ermənistanın strategiyası 25 ildə dəyişməyib, torpaqlarımızı işğalda saxlamağa çalışır, çalışır ki, tərəflərin danışıqları yalnız protokol xarakter daşısın. Azərbaycan substansiv, mahiyyətli danışıqlar aparılmasına çalışır. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır". 

H.Hacıyev vurğulayıb ki, Azərbaycan 25 il ərzində humanitar fəlakətlə üzləşib, bir milyondan artıq qaçqın və məcburi köçkün var. ATƏT-in Minsk qrupunun həmsədrləri bu vəziyyətdən nəticə çıxarmalı və münaqişənin həlli istiqamətində addımlar atmalıdır. Minsk qrupu bu istiqamətdə fəaliyyət göstərir, ancaq bu, yetərli deyil.

O, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri ilə bağlı deyib ki, həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var və onlar bundan nəticə çıxarmalıdırlar: "Bu səfərdə diqqət çəkən məqam həmsədrlərin bəyanatında tərəflərin substansiv danışıqlara çağırılması oldu. Azərbaycan substansiv danışıqlara hazırdır. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Danışıqlar prosesinin pozulmasının məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən ABŞ Dövlət Departamenti də tərəfli substansiv danışıqlara çağırdı. Helsinki Yekun Aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc tətbiqidir”.

H.Hacıyev deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: “Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq". 

Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri”, millət vəkili Hikmət Məmmədov “Ermənistanın işğalçılıq siyasəti, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən əsas faktor kimi” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Müzakirələrdə “Metsamor” Atom Elektrik Stansiyasının region üçün böyük bir təhlükə mənbəyi olduğu, bu stansiyanın bağlanması üçün aparılan kampaniya, Ermənistanın regionda humanitar fəlakətə aparan addımları, informasiya müharibəsi sahəsində görülən işlər ətrafında çıxışlar edilib.

Əlaqədar

Prezident XİN rəhbərini qəbul edib
XİN-dən faşist Almaniyası bənzətməsi
Azərbaycan XİN terror aktını pislədi
Azərbaycan XİN ümidlidir
Azərbaycan XİN-dən sərt bəyanat
Teqlər:
"Ermənistanın işğalçılıq siyasəti : Regionda təhlükəsizlik və humanitar fəlakət" mövsuzunda ictimai forum, Qarabağ Araşdırmalar Mərkəzi, BMAM, Prezident yanında QHT–lərə Dövlət Dəstəyi Şurası, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, ATƏT-in Minsk qrupu, ABŞ Dövlət Departamenti, Hikmət Məmmədov, Rufiz Qonaqov, Elçin Əhmədov, Ermənistan, Azərbaycan

Əsas mövzular