SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-dan Rusiyaya ciddi mesaj

© AFP 2023 / MANDEL NGANReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
Reks Tillerson: Rusiya-ABŞ münasibətlərinin hazırkı səviyyəsi Vaşinqtonun və bütün dünyanın mənafelərinə uyğun deyil

BAKI, 14 may — Sputnik. ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiya-ABŞ münasibətlərinin hazırkı durumunun Vaşinqtonun və bütün dünyanın mənafelərinə uyğun olmadığını açıqlayıb.

"Çoxlarının bunu dünya üçün faydalı hesab etmədiyini düşünürəm. Xüsusilə də amerikalılar üçün, milli təhlükəsizliyimiz baxımından sözügedən əlaqələrin belə aşağı səviyyədə olması faydalı deyil. Bu vəziyyəti düzəldə biləcəyikmi? Buna baxacağıq".

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-Rusiya əlaqələrinin hazırkı vəziyyətini NBC-yə şərh edən ABŞ-ın dövlət katibi Reks Tillerson belə deyib.

Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Politoloq Amerika-Rusiya yaxınlaşmasına şübhə edir

Tillerson ikitərəfli əlaqələrlə bağlı "sıfırlamaq" termininin işlədilməsinə qarşı olduğunu bildirib.

"Sıfırlama kimi terminləri işlətmək vəziyyətdən sui-istifadə etmək kimi bir şeydir. Sıfırlama ola bilməz, keçmiş silinməz və yeni bir səhifədən başlanıla bilməz. Biz, əlimizdə olan səhifə ilə başlayırıq" — deyə Tillerson bildirib.

ABŞ-ın dövlət katibi Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməsinə əmin olduğunu, lakin ikitərəfli əlaqələrin daha geniş spektrdə müzakirəsinin lazım gəldiyini qeyd edib. Tillerson deyib:

"Bu əlaqələrə geniş müstəvidə baxmağın lazım gəldiyini düşünürəm. ABŞ-ın təhlükəsizliyi üçün vacib olduğunu düşündüyümüz əlaqələrə dönəsi olsaq, diqqət etməyimiz lazım gələn bir çox önəmli sahə mövcuddur."

ABŞ-ın Barak Obamanın prezidentliyi dövründəki sabiq rəhbərliyi Rusiyanı ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməkdə günahlandırmışdı. ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın Təhlükəsizlik Komitələri hələ də Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə edib-etmədiyini araşdırır.

Digər tərəfdən Moskva, ABŞ-ın gizli kəşfiyyat xidmətlərinin ittihamlarını dəfələrlə təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov isə sözügedən ittihamların tamamilə əsassız olduğunu deyib.

Xəbər lenti
0