14:55 14 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8701
Milli Şuranın mitinqi. Arxiv şəkli

Uzlaşmayan hədəflər uğrunda mübarizə

© Photo : Orxan Kerimov / İnteraz
SİYASƏT
Qısa URL
79803

Mitinqlər keyfiyyət dəyişikliyinə nail olmayacaqsa, get-gedə sönə bilər

BAKI, 12 apr — Sputnik. Müxalifətin bir qanadı növbəti mitinqini keçirtdi. Mitinqlərin keçirilməsi müxalifətin hələ də ortada olması və mübarizə aparması barədə rəy formalaşdırır. Məhdud resurslarla müxalifət bacardığını edir. Lakin bu gün Azərbaycanda yüz minlərlə insan müxalifətin aksiyalarına qarşı biganədir.

Bunu anlamaq da mümkündür. İnsanlar dəyişikliklərin nəticəsində vəziyyətin daha da ağırlaşacağını ehtimal edirlər, siyasi proseslərdə iştirak edən tərəflərin heç də hamısının səmimiyyətinə inanmırlar. Mübarizənin effektli ola biləcəyinə inam yoxdur, elektorat müxalifətdaxili didişmələrdən bezib.

Bu dəfə də şərait müxalifəti birgə aksiyalara vadar edə bilmədi. Əslində birgə aksiyanın da gözlənilən nəticə verə biləcəyinə araşdırmaçılar skeptik yanaşırdılar. Acı reallıq bundan ibarətdir ki, onsuz da müxalifətin birləşib-birləşməməsi Azərbaycanda şəraiti köklü şəkildə dəyişməyə qadir deyil. Müxalifət də etiraz aksiyalarına hazırlaşmaqdan çox, fors-major şəraitinin yetişməsini gözləyir. Belə olan halda isə müxalifətə birləşməkdən çox, özlərini cəmiyyətə ayrı-ayrılıqda təqdim etmək daha münasib görünür.

Digər tərəfdən, xalqı da günahlandırmaq absurddur. Son illər müxalifətin mübarizəsinin səmərəsiz olması proseslərə mənfi təsir göstərib. Ənənəvi şüar və taktika ilə isə buna nail olmaq son dərəcə çətindir.

Son illər keçirilən etiraz aksiyaları, tədbirlər proses yarada bilmədi. Xalq konkret hədəflər uğrunda mübarizə aparmaq istəyir. Kimlərinsə iqtidardan getməsini arzulamaq siyasi proseslərdə fəal iştirak etməyən insanlar üçün maraqlı deyil. Sıravi vətəndaş son dərəcə sadə suala cavab tapmaq istəyir: Hakimiyyət dəyişikliyi mənim həyatımda nələrə səbəb olacaq?

Cəmiyyət
© Sputnik / Murad Orujov

Digər tərəfdən, protest elektoratını qələbəyə aparan passionarların zəifliyi ümumi nəticəyə mənfi təsir göstərir. Daha bir səbəb aksiyaların təşkili və informasiya təminatının yetərincə olmamasıdır. Protest elektoratının aksiyalara cəlb olunması istiqamətində aparılan təşkilatçılıq işinin səviyyəsi çox aşağıdır. Bu, həm də partiyaların təşkilati strukturlarının vəziyyəti və informasiya mənbələrinə çıxışı ilə bağlıdır.

Azərbaycanda kütləvi aksiyaların keçirilməsi tarixinə nəzər salsaq, görərik ki, müxalifətin informasiya vasitələrinə çıxışının məhdudlaşdırıldığı illərdə razılaşdırılmamış kütləvi aksiyalar keçirmək mümkün olurdu. Ən başlıcası isə ondan ibarətdir ki, aksiyalar mövsümi xarakter kəsb edir. Belə köhnə metodlarla yüz minləri meydanlara yığmaq imkansızdır.

Bir məqam da var — müxalifətin sonsuza qədər aksiyalar keçirmək taktikası artıq lazımi effekt vermir. Hakimiyyətin icazə verdiyi meydanda mitinq keçirməklə öz elektoratını mobilizə etməsi doğru qərardır. Lakin etiraz aksiyalarının məzmununda da müəyyən dəyişikliklər olmalı, konkret hədəflər müəyyən edilməlidir.

Aksiyaların şüarları müxalifətin istəyini açıq şəkildə ifadə etməlidir. İştirakçısı azalıb-çoxalan aksiyaları konkret hədəflər uğrunda mübarizə metodu ilə əvəzləmək lazım gəlir. "Metroda öpüşməyə icazə verin" və "Ya Hüseyn" şüarı eyni mitinqdə səsləndirilə bilməz. Bu, hədəflərin eyni olmamasının bariz nümunəsidir.

Onu da vurğulayaq ki, mitinqlər keyfiyyət dəyişikliyinə nail olmayacaqsa, get-gedə sönə bilər. Tərəfdarları meydanlara axışmayacaqsa, müxalifət üçün uğur modelindən danışmaq da mümkün olmayacaq və aksiyalar da heç bir nəticə verməyəcək…

Əlaqədar

"Müxalifət mitinqlərdə azyaşlılardan istifadə edir"
Müxalifət liderinin qardaşı iqtidar partiyasına qoşulur
Müxalifət liderinin müşaviri həbs edildi
Türklər Almaniyada anti-terror mitinqi keçirdilər
Milli Şuranın və radikalların mitinq mövsümü başa çatdı
Teqlər:
vətəndaş, insan, iqtidar, müxalifət, mitinq, mübarizə, aksiya

Əsas mövzular