03:07 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
SİYASƏT
Qısa URL
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)
5920

Ziyafət Əsgərov: "Mehriban xanım Əliyevanı xarakterizə edən insani keyfiyyətlərindən biri humanistliyi ilə bağlıdır"

BAKI, 7 mart-Sputnik. Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Birinci vitse-prezident Mehriban Əliyevanın özünün də dediyi kimi, əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bugünkü plenar iclasında deyib.

"Tam əminliklə onu da deyə bilərəm ki, Mehriban xanım Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial bir insan, bu sahədə möhtərəm prezidentimizin ən yaxın silahdaşı kimi dövlət başçısına yardımçı olacaq" — deyə Əsgərov əlavə edib.

O, bildirib ki, Mehriban xanım Əliyevanı xarakterizə edən insani keyfiyyətlərindən biri humanistliyi ilə bağlıdır: "İndiyədək Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir".

Mövzu:
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)

Əlaqədar

Rusiya rəhbərliyi Mehriban Əliyevanı təbrik etdi
"Mehriban xanımın minlərlə ailəyə sevinc bəxş edib"
Mehriban Əliyeva Milli Məclisdə çıxış edir
Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verildi

Əsas mövzular