18:23 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı. Sankt-Peterbuqr, 9 avqust 2016-cı il

Türkiyə prezidenti Mehriban Əliyevanı təbrik edib

© REUTERS / Sergei Karpukhin
SİYASƏT
Qısa URL
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)
23720

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

BAKI, 21 fev-Sputnik. Fevralın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan president.az saytına istinadla xəbər verir ki, Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə Prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb.

Xanım Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Mövzu:
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi (18)

Əlaqədar

Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
Teqlər:
Birinci vitse-prezident, Rəcəb Tayyib Ərdoğan, Telefon danışığı, Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Türkiyə, Azərbaycan

Əsas mövzular