00:21 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
187 0 0

Elmar Məmmədyarov Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 30 yan — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri müzakirə edilib, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verilməsini təqdir edib və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.

Baş direktor Kristian Danielson Avropa İttifaqının Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyib. Tərəflərin nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olunub. Görüşdə həmçinin, Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar

Elmar Məmmədyarov İbrahim Rəhimpurla görüşüb
Elmar Məmmədyarov Sergey Lavrovla görüşə gedir
Elmar Məmmədyarov Mövlud Çavuşoğluna başsağlığı verib
Məmmədyarov: Sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdi qəbuledilməzdir
Şəhriyar Məmmədyarov Moskvada keçirilən blits-turnirin qalibi olub
Məmmədyarov: Ermənistanın hərbi təcavüzü regional əməkdaşlığa ciddi təhdiddir
Elmar Məmmədyarov həmsədrlərlə görüşüb
Teqlər:
Kristian Danielson, Avropa Komissiyası, Avropa İttifaqı, Elmar Məmmədyarov, Azərbaycan

Əsas mövzular