11:55 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
14

Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb

BAKI, 9 dek — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində, Finlandiya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb. Bu barədə Sputnik-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub. Peter Stenlund Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırıb. Stenlund tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək ifadə olunub.

Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb
© Photo : mfa.gov.az
Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb

Nazir Elmar Məmmədyarov münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verdi. Münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O, Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələrdən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.

Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Əlaqədar

"Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
Prezident: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
Gürcüstan müdafiə naziri: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini dəstəkləyirik
"Suriyanın ərazi bütövlüyünün qorunması Azərbaycanın maraqlarına cavab verir"
"Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik"
Teqlər:
Peter Stenlund, Finlandiya, xarici işlər naziri, Xarici İşlər Nazirliyi, Elmar Məmmədyarov, Azərbaycan

Əsas mövzular