10:41 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, arxiv şəkli

XİN: Münaqişənin həllində beynəlxalq hüququn prinsipləri əsas istinad mənbəyi olmalıdır

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
1901

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan nazir bu qətnamələrin hələ də icra edilmədiyini bildirib.

BAKI, 31 okt — Sputnik. Beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır.

Sputnik-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" informasiya agentliyinə müsahibəsində deyib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb.

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan nazir bu qətnamələrin hələ də icra edilmədiyini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib. 

Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan Suriyadakı humanitar problemi anlayır və qaçqınların vəziyyətini yüngülləşdirmək üçün beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışır.

Nazir dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Suriya probleminin həllində Azərbaycanın mövqeyinə gəldikdə isə E. Məmmədyarov bildirib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. Bütün Suriya xalqının iradəsinə əsaslanan siyasi həllinin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini önə çəkən nazir qeyd edib ki, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin edilməli, qorunub saxlanılmalıdır. 

Əsas mövzular