20:16 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Milli Məclis

Azərbaycan - Avropa Parlamenti əməkdaşlığı bərpa edilir

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
14 0 0

Parlamentin sabahkı iclasında Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında layihəyə baxılacaq

BAKI, 29 sen — Sputnik. Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir. Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə "Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" layihə daxil edilib.

Avropa Parlamenti
© Sputnik / Aleksey Vitvitsky

Layihə parlamentin sentyabrın 30-da keçiriləcək toplantısında müzakirə olunacaq.Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev "Report"a açıqlamasında deyib ki, Azərbaycanla Avropa Parlamenti arasında yenidən əməkdaşlığın yaranması mühüm addımdır.

O bildirib ki, parlamentlərarası əməkdaşlığın yenidən bərpa edilməsi vacibdir: "Azərbaycan ikitərəfli qaydada Avropanın bir çox dövlətləri ilə uğurlu iş aparır. Düşünürəm ki, bu istiqamətdə işlərimiz uğurla davam edəcək".

Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

Əlaqədar

Avropa Parlamenti Vladimir Putinə qarşı yeni sanksiyalar tələb edir
Avropa Parlamenti diktəylə işləyir
Səməd Seyidov: Avropa Parlamenti müstəqilliyimizə zərbə vurmaq istəyir
Avropa Parlamenti artıq reallıq hissini itirib
Teqlər:
Rövşən Rzayev, parlament, Milli Məclis, Avropa Parlamenti, Azərbaycan

Əsas mövzular