13:44 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Milli Məclisin sədri Fransa-Qafqaz Dostluq qrupunun sədri ilə görüşüb

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
1701

Oqtay Əsədov Andre Reişarla görüşdə Azərbaycanda baş verəcək Konstitusiya dəyişiklikləri haqda məlumat verib

BAKI, 26 sen — Sputnik. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Reişarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sədr referendum haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, bu siyasi tədbir ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlıdır.

"Bu dəyişikliklər cəmiyyət həyatında baş verən dinamik proseslərə uyğun olaraq həyata keçirilir. Başqa sözlə, ictimai-siyasi həyatdakı dəyişikliklərin siyasi müstəvidə də öz əksini tapması artıq günün tələbinə çevrilib. Dəyişikliklərə əsasən, çevik idarəetmə mexanizmi yaratmaq üçün vitse-prezidentlik institutunun təsis edilməsi nəzərdə tutulmuşdur. Biz belə hesab edirik ki, ölkənin əsas sənədinə edilən dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün möhkəm zəmin yaradacaq", — O. Əsədov qeyd edib.

Spiker bildirib ki, bu mühüm siyasi tədbirlə əlaqədar ölkə ərazisində yaradılmış seçki məntəqələrində prosesin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, informasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunub: "Belə ki, seçkiləri hər bir vətəndaşın onlayn müşahidə etmək imkanı vardır, mindən artıq məntəqədə veb-kameralar quraşdırılıb".

Andre Reişar Senatda dostluq qrupunun rəhbəri kimi Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında həmişə maraqlı olduğunu söyləyib. Bildirilib ki, onların müşahidələri referendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur: "Biz Azərbaycanın uğurları ilə yanaşı, problemlərini də yaxşı bilirik. Bu baxımdan, qaçqınlar məsələsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük diqqət yetiririk. Budəfəki gəlişimizdə də qaçqınların ümumxalq səsverməsi prosesində iştirakı ilə yaxından maraqlanmışıq. İnanırıq ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkədə demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edəcək".

Əlaqədar

Spikerlə mübahisə edən deputat lider oldu
Spikerlə deputat arasında qalmaqal
Oqtay Əsədov İslam Kərimovun dəfnində iştirak etmək üçün Özbəkistana yola düşüb
Oqtay Əsədov Türkiyəyə gedir
Oqtay Əsədov: Azərbaycan iqtisadiyyatında real artım olacaq
Teqlər:
Andre Reişar, Fransa-Qafqaz Dostluq qrupu, Oqtay Əsədov, Milli Məclis, Fransa, görüş

Əsas mövzular