12:16 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Elmar Məmmədyərov, Azərbaycan Respublikasının xarici işlər naziri

Elmar Məmmədyarov həmsədrlərlə görüşüb

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
4 0 0

XİN başçısı Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib

BAKI, 22 sen — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Bu barədə Sputnik-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

E. Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) görüşüb. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kasprşik də iştirak edib. Görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

XİN başçısı Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib.

Əlaqədar

Elmar Məmmədyarov ABŞ-a getdi
Elmar Məmmədyarov da "xain çevriliş cəhdi"ndən danışdı
Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb
Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov Almaniyaya getdi
Teqlər:
görüş, Minsk Qrupunun həmsədrləri, BMT Baş Məclisi, Elmar Məmmədyarov, xarici işlər naziri

Əsas mövzular