11:24 14 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Milli Şuranın 11 və 17 sentyabr tarixində “Məhsul” stadionunda keçirdiyi mitinqlərdən kadrlar

Milli Şuranın və radikalların mitinq mövsümü başa çatdı

© Photo : SOCIAL NETWORKS
SİYASƏT
Qısa URL
16710

Əli Kərimli: "Mitinqlərimiz hökuməti referendumdan imtinaya, köklü siyasi və iqtisadi islahatlara başlamağa sövq edəcək gücdə olmayıb"

BAKI, 21 sen — Sputnik. Sentyabrın 11 və 17-də, özünü Azərbaycanda Qərb yönümlü siyasi qüvvələrin birliyi kimi təqdim edən Milli Şuranın, ölkədə konstitusiya dəyişiklərinə yönələn referendumun keçirilməsinə etiraz məqsədi ilə təşkil etdiyi aksiyalar artıq başa çatıb. Bu barədə AXCP sədri Əli Kərimli öz "Facebook" səhifəsində yazıb və fikrini aksiyalara kütləvi dəstəyin olmaması, həmçinin "siyasi qərar"ın verilməməsi ilə izah edib.

"Lakin açıq deməliyik ki, hələlik mitinqlərimiz hökuməti referendumdan imtinaya, köklü siyasi və iqtisadi islahatlara başlamağa sövq edəcək gücdə olmayıb" — deyə Ə. Kərimli bildirib.

Bəzi müxalifət partiyalarının birləşdiyi Milli Şura özünü demokratik və Qərbə yaxın siyasi dairələrin birliyi adlandırsa da, son aksiyalar Azərbaycanda dini radikalizmdə təqsirli bilinən qruplaşmalar və ya ən azı onların təəssübkeşləri tərəfindən dəstəkələnib. Aksiya zamanı iştirakçıların qaldırdıqları plakatlarda, habelə səsləndirdikləri şüarlarda hazırda barələrində məhkəmə prosesi gedən və dünyəvi dövlət sisteminə təhlükə yaratmaqda ittiham olunan şəxslər müdafiə olunub.

Cəmiyyətin geniş dəstəyini ala bilmədiklərini etiraf edən Milli Şura təmsilçiləri bundan sonra aksiyaları davam etdirməkdən imtina ediblər. Sentyabrın 18-də də referenduma qarşı etiraz aksiyası keçirmiş Müsavat Partiyası da mitinqdən imtina edib. 

Azərbaycanda Konstitusiya dəyişikliklərinə yönələn referendum sentyabrın 26-da keçiriləcək.

  • Milli Şuranın 11 və 17 sentyabr tarixində “Məhsul” stadionunda keçirdiyi mitinqlərdən kadrlar

1 / 11

Prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda referenduma hazırlıqlar gedir. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər” — maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər.”- cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir.

101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları” — dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Əlaqədar

Milli Şura paytaxtda mitinq keçirdi
Bakıda mitinq keçirilir
İstanbulda nəhəng mitinq keçirilir
Yerevanda keçirilən mitinq dağıdılıb
Qanunsuz toplantı, mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır
Teqlər:
Milli Şura, müxalifət, mitinq, referendum, aksiya

Əsas mövzular