20:56 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Səsvermə

Yeni siyasi eskiz layihə

© Hurriyet.com.tr
SİYASƏT
Qısa URL
Azər RƏŞİDOĞLU
48 0 0

Referendumdan sonra yeni siyasi qüvvələr fəallaşa bilər. Lakin 3-cü qüvvə kimi ortaya çıxıb, qarşıdurmadan bezmiş seçicilərin səsini qazanmaq istəyənlərin də uğur qazana biləcəyi problemli görünür.

BAKI, 16 sen — Sputnik. Ölkənin siyasi həyatında ciddi proseslərə səbəb olacaq hadisələr baş vermir. İqtidar referenduma hazırlaşır. Müxalifət baş verənləri müşahidə edir, mitinq keçirir və bəyanat verir. Beynəlxalq təşkilatlar prosesləri soyuqqanlılıqla izləyir. Lakin baş verənlərin alt qatında daha bir nəsnə aydın olur — hamı keçiriləcək referenduma hazırlaşır.

İŞİD-ə qoşulan qadınlar
© Sputnik / Mokhamad Maruf

Kənar baxışla görünən budur ki, istər iqtidar, istərsə də müxalifət qarşılarına konkret məqsədlər qoyub. Hakimiyyət anlayır ki, yeni Konstitusiya dəyişikliyi həyata keçirmək vacibdir. İqtidarın demokratik açılımla çıxış etməsi zamanın tələbidir. Digər tərəfdən, iqtidar öz dəhlizlərini ictimai rəydə odioz fiqur kimi xarakterizə edilən məmurlardan təmizləməlidir.

Bu baxımdan, siyasi hakimiyyət mövcud siyasi vitrini əsaslı dərəcədə dəyişmək niyyətindədir. Görünən budur ki, iqtidar müxalifəti, mətbuatı, qeyri-hökumət təşkilatlarını, eyni zamanda uzun illərdən bəri eyni postu tutan məmurların ümumi mənzərəsini dizayn etməklə gəncləri dövlət vəzifələrinə gətirməyi planlaşdırır.

Müxalifət isə növbəti dəfə siyasi bloklar yaratmağı və Qərbin dəstəyi ilə siyasi müstəvidə varlığını qorumağı hədəf seçib. Hər iki düşərgənin niyyətləri "ən yaxşı yenilik unudulan köhnəlikdir" prinsipinə uyğun həyata keçirilir. Ortada iqtidar və müxalifətin niyyətləri mövcuddur.

"Bunlar həyata keçəcəkmi?" sualı isə Azərbaycanın ətrafında və daxilində baş verənlərdən asılı olacaq. Artıq geniş ictimaiyyəti siyasət maraqlandırmır. Odur ki, istər iqtidarın demokratik açılımı, istərsə də müxalifətin yeni bloklar istəyi eskiz layihə kimi qəbul edilə bilər.

Müxalifətin geniş birliyinə nail olmaq problematik görünür. Aparıcı siyasi partiyaların artıq bir yerdə olması inandırıcı görünmür. Digər tərəfdən, proporsional seçki sisteminin ləğvi nəticəsində siyasi partiyaların seçkidə iştirakı xeyli dərəcədə çətinləşir. Düzdür, müxalifət gələcək seçkilər öncəsi fraksiyalar, seçki blokları yarada bilər. Lakin qarşıdan gələn referendumda güclü müxalifət bloku əvəzinə çoxsaylı blokların yaradılması müşahidə edilir və bu, ictimai rəydə çaşqınlıq yaradır.

Ən acınacaqlı hal isə ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti bu gün çoxpartiyalılığı və çoxblokluğu həzm edə bilmir. Ona görə də blokların sayı nə qədər çox olsa, elektorat da bir o qədər daralır.

İstisna deyil ki, referendumdan sonra yeni siyasi qüvvələr proseslərdə daha fəal iştirak edə bilər. Lakin 3-cü qüvvə kimi ortaya çıxıb, qarşıdurmadan bezmiş seçicilərin səsini qazanmaq istəyənlərin də seçkilərdə uğur qazana biləcəyi problemli görünür. Çünki bu gün barışdırıcı mövqedən çıxış edən insanlara heç bir tərəfin münasibəti yaxşı deyil.

Qarşıdurma düşmənçilik müstəvisinə keçdiyi üçün belələrini cəmiyyətin özü də hələ ki, həzm edə bilmir. Ən optimal yol kimi konstitusiya islahatlarının davam etdirilməsi, proporsional seçki sisteminin bərpasına nail olmaq göstərilir. Getdikcə daha da daralan elektoratla mübarizə aparmaq müxalifətə böyük uğur vəd etmir.

Konstitusiya islahatlarının aparılması beynəlxalq təşkilatların da təkid etdiyi məsələdir. Odur ki, müxalifətin qanunverici islahat zərfini ictimaiyyətə və hakimiyyətə təqdim etməsinin zamanıdır. Tənqid anlaşılandır, lakin konkret təkliflərlə də çıxış etmək lazım gəlir…

Əlaqədar

Dəniz gəzmişlərin yoxluğu
Azərbaycanı müstəmləkəyə çevirmək istəmiriksə...
Zombilərə qarşı savaş
"Oyundan kənar vəziyyət" təhlükəsi
İdeologiyasız mübarizə
Teqlər:
xalq, seçki, iqtidar, müxalifət, siyasət

Əsas mövzular