23:12 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SİYASƏT
Qısa URL
1702

Dilma Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.

BAKI, 31 avq — Sputnik. Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib.

RİA Novosti-nin verdiyi xəbərə görə, D.Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.

Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək. 

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

Əsas mövzular